20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Cüdo üzrə Azərbaycan birinciliyinə yekun vuruludu

Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günü oğlanlar arasında 5 çəki dərəcəsində mükafatçılar məlum olub. Rüfət Məmmədov (73 kq), Samir Ağayev (81 kq), Azər Yaqubov (90 kq), Adil Kərimli (100 kq), Camal Feyziyev (+100 kq) qızıl medal qazanıb.

Ümumi medal sayında “Neftçi İdman Klubu” İB 11 medal (3 qızıl, 3 gümüş və 5 bürünc) qazanaraq birinci olub. “Atilla” klubu 4 medal (3 qızıl və 1) əldə edərək ikinci yeri tutub. 5 medala (1 qızıl, 2 gümüş və 2 bürünc) sahib olan “Judo Club 2012” isə ölkə birinciliyini üçüncü yerdə başa vurub.

Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplom və medalları verilib.

Qeyd edək ki, iki gün davam edən ölkə birinciliyində ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparırdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30