29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Bu yarışın bizə - Bakıya nə xeyri var” deyənlərə ən yaxşı cavab...

BAKIDA KEÇİRİLƏN VELOSİPED İDMANININ BMX NÖVÜ ÜZRƏ DÜNYA ÇEMPİONATI!

Bakı növbəti dəfə mötəbər idman yarışına ev sahibliyi etdi. 5-9 iyun tarixlərində velosiped idmanının BMX növü üzrə dünya çempionatı məhz paytaxtımızda keçirildi. 43 ölkədən 1500-dən artıq idmançının qatıldığı dünya çempionatı çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu da gözlənilən idi. Çünki həm paytaxtımız artıq mötəbər yarışları yüksək səviyyədə ev sahibliyi etməyi ilə ad çıxarıb, həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının hər il “Tour d`Azerbaijan”ı hansı səviyyədə keçirdiyinə şahidlik edirik.

BMX üzrə dünya çempionatının gedişatı, nəticələr barədə yarış boyu oxucularımızı mütəmadi olaraq məlumatlandırmışıq. İndi başqa məqama toxunmaq istərdik.

Adətən Bakı bəzi mötəbər yarışları qəbul edərkən ev sahibi kimi iştirakçıların müəyyən xərclərini ödəməli olur. Bu isə insanlarda narazılıq yaradır. Lakin BMX üzrə dünya çempionatı bu baxımdan istisna təşkil edirdi. Bu məqamı hələ yarışdan 2 gün öncə keçirilən mətbuat konfransında Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov da qeyd etmişdi. Çempionat zamanı gördüklərimiz də bunu təsdiqlədi.

43 ölkədən 1500-dən çox idmançı Bakıya təşrif buyurmuşdu. Onlar böyük hissəsi yeniyetmələr olduğu üçün həmin əcnəbi idmançılar ölkəmizə valideynləri ilə gəlmişdilər. Hətta elə idmançı var idi ki, özü ilə birgə 6-7 nəfər yarışı izləmək üçün Bakıdaydı. Bütün bunlar isə ölkəmizə maddi baxımdan sərfəlidi.

Təsəvvür edin, 1500 idmançının məşqçilərini, valideynlərini, tanışlarını, qohumlarını nəzərə alsaq, bu say bir neçə dəfə artır. Onların 1 həftəyə yaxın Bakıda qalmaları, qidalanmaları, nəqliyyatdan istifadə etmələri, yarış zamanı dünya çempionatının keçirildiyi ərazidə satılan içkilər, “fast food”lar, suvenirlər və s. bütün bunlar ölkəyə yarışın verdiyi xeyirdi.

Bilet satışını da unutmaq olmaz. Belə ki, uşaqlar üçün 1 günlük bilet 12, böyüklər üçün isə 38 manata satılırdı. Hər gün azarkeşlər üçün quraşdırılmış tribunaların təxminən 70-80 faizi dolu olurdu.

Həm əcnəbilərin, həm də yerli tamaşaçıların vaxtlarını səmərəli keçirmələri və istirahət etmələri üçün Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Veloparkda bütün şərait yaradılıb. Dünya çempionatı davam edən günlərdə Veloparkın istirahət və əyləncə mərkəzində olan tamaşaçılar buradan yarışların gedişini izləyir, milli mətbəximizin təamlarını dadır, həmçinin onlar üçün təşkil edilən konsert proqramlarında əylənirdilər. 
 
Bir sözlə, əminliklə deyə bilərik ki, 5-9 iyun tarixlərində Bakıda keçirilən BMX üzrə dünya çempionatı maddi baxımından ölkəmizə xeyir verdi. Üstəlik, əcnəbilərin Azərbaycanı tanıması, Bakının gözəlliyini yerindəcə görmələri onların ölkəmizə yenidən səfər etmələrinə səbəb olacaq.
 
İBRAHİM



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31