20 Fevral 2019, Çərşənbə
AFFA-dan "Səbail"ə 2400 manatlıq cərimə
UEFA-dan hakimlərimizə dəvət
"Sumqayıt"ın üzvü "BFC Dugavlips"də
Etopaz-da bu gün 24 canlı oyun

Digər idman növləri

Dünya çempionatında daha 12 qalib məyyənləşib

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının ikinci yarış gününə yekun vurulub. Bu dəfə “Challenge” kateqoriyasında daha 12 qalib müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, oğlanlar arasında 7 kateqoriyada təşkil olunan yarışlarda 5-6 yaşlı velosipedçilər arasında ABŞ idmançısı Keyn Şultheys birinci olub. 7 yaşlı oğlanların mübarizəsində də ABŞ idmançısı fərqlənib - Cozef Mather bütün rəqiblərini qabaqlamağı bacarıb.
 
Çempionatda 8 yaşlıların yarışında braziliyalı Lukas Kardoso Darriba birinci olub. 9 yaşlı idmançıların mübarizəsində avstraliyalı Fraser Vauqan birinci yeri yeri tutub.
10 yaşlı velosipedçilər arasında Avstraliyanın digər təmsilçisi Tama Onekava fərqlənib.
 
ABŞ təmsilçisi Kol Frederik 11 yaşlıların yarışında çempion olub. 12 yaşlı velosipedçilərin mübarizəsində digər ABŞ idmançısı Ronni Kim fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Qızlar arasında 8 yaşlı idmançıların yarışında Yaponiya təmsilçisi Mana Savada fərqlənib. 9 yaşlıların mübarizəsində kolumbiyalı Qvadalupe Palasios Palomek, 10 yaşlılar arasında isə ABŞ idmançısı Taylor Sprat birinci olub.
 
11 yaşlı idmançıların yarışında avstraliyalı Portia Eden birinci yeri tutub. 12 yaşlıların mübarizəsində isə Latviya idmançısı Paula Kibare bütün rəqiblərindən üstün olub.
 
Mükafatlandırma mərasimində Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lappartien, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov iştirak ediblər.
 
İyunun 7-si, saat 09:30-da startı veriləcək 3-cü yarış günündə Azərbaycan təmsilçilərindən Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.a



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28





Click to Visit