25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

BMX 2018-ci il dünya çempionatı: yayım çəkilişini Bakı Media Mərkəzi təşkil edəcək

Bakı Media Mərkəzi bu ilin iyun ayında velosiped idmanının BMX növü üzrə Azərbaycanda təşkil olunacaq dünya çempionatının canlı yayım çəkilişini həyata keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu da bütün dünyadakı idman həvəskarlarına “Baku BMX 2018” yarışını aparıcı idman kanalları vasitəsilə birbaşa izləmək imkanı verəcək.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə keçiriləcək çempionat iyun ayının 5-9 tarixlərində Bakı BMX Veloparkında baş tutacaq. Çempionatda planetin 50-dən artıq ölkəsindən təxminən 2 min velosipedçinin iştirakı gözlənilir.

Bakı Media Mərkəzi bu mötəbər beynəlxalq yarışın video və foto çəkilişlərini həyata keçirməklə yanaşı, DÇ-yə hazırlıq mərhələsində tanıtım çarxının çəkilişini və dünyanın aparıcı idman  kanallarında yerləşdirilməsini də təmin edəcək.

Əsas çəkilişlər 16 kameralı Səyyar Televiziya Kompleksi vasitəsilə aparılacaq. Bundan başqa, yarış zamanı daha keyfiyyətli çəkilişlər aparmaq məqsədilə Mərkəzin yeni texniki qurğularından istifadə olunacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Şirkət bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin yayımının təşkil olunmasında geniş təcrübəyə malikdir.

Buna qədər Mərkəz “Tour d’Azerbaidjan” velosiped turunun Bakıdan və bölgələrdən canlı yayımlarını təşkil edərək dünyanın idman həvəskarlarına bu mötəbər yarışı “Eurosport” kanalında  birbaşa izləmək imkanı verib.

Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook, Youtube, LinkedIn, İnstagram və Twitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30