25 Yanvar 2026, Bazar günü
Millimiz Danimarkaya qalib gəldi
"Qarabağ" "Kəpəz"ə məğlub oldu
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”

Digər idman növləri

Şəhriyar Məmmədyarov ikinci oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat turnirində ikinci yeri tutub.
 
Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı qrossmeyster qara fiqurlarla israilli Boris Gelfand və rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, ağ fiqurlarla digər rusiyalı Daniel Dubova uduzub.
 
Nəticədə Sergey Karyakin (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə birgə hərəyə 5 xal toplayan Məmmədyarov yalnız hindistanlı keçmiş dünya çempionu Vişvanatan Ananddan geri qalıb. Anand 6 xalla turnirin qalibi olub.
 
Qeyd edək ki, martın 5-də 13 turdan ibarət blits turnir keçiriləcək. Martın 10-da isə Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə qatılacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31