19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Digər idman növləri

Qış Olimpiya Oyunlarında daha 4 növ üzrə qaliblər müəyyənləşib

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında daha 4 növ üzrə qaliblər müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, kişilər arasında snoubordun kross yürüşündə fransalı Pyer Volte qızıl medal qazanaraq, ikiqat olimpiya çempionu olub. Avstraliyalı Carrid Hyuz ikinci, ispaniyalı Rexino Ernandes isə üçüncü yeri tutub.
 
Kişilərin dağ xizəyi üzrə sürətli eniş yarışında norveçli Aksel Lund Svindal da bütün rəqiblərini üstələyərək, ikiqat olimpiya çempionu olub. Onun həmyerlisi Hyetil Yansurd gümüş, isveçrəli Bit Foyts isə bürünc medal əldə edib.
 
Qadınların dağ xizəyi üzrə böyük slalom yarışında isə ABŞ idmançısı Mikaela Şiffrin qızıl medal qazanıb. Norveçli Raqnhild Movinkel fəxri kürsünün ikinci, italiyalı Federika Brinyone isə üçüncü pilləsinə yüksəlib.
 
Norveçli xanım idmançı Raqnil Haqa isə 10 km məsafəyə sərbəst üsulla xizəksürmə yarışında olimpiya çempionu olub. İsveçli Şarlott Kall gümüş, eyni göstəriciyə malik norveçli Marit Byorgenlə finlandiyalı Krista Pyarmyakoski isə bürünc medal qazanıblar.
 
Qeyd edək ki, Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31