14 Oktyabr 2025, Çərşənbə axşamı
Millimiz Ukraynaya uduzdu
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu

Digər idman növləri

Güləşçilərimizin Dünya Kubokundakı rəqibləri müəyyənləşib

ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunun püşkü atılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Dünya Güləş Birliyinin mənzil qərargahında baş tutan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Firdovsi Umudovun rəhbərlik etdiyi kollektiv Kuba, Qazaxıstan və Rusiya yığmaları ilə B yarımqrupunda mübarizə aparacaq.
 
ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.
 
Milli aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.
 
Qeyd edək ki, Azərbaycan yığması ötənilki analoji yarışı 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31