2 Yanvar 2026, Cümə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Digər idman növləri

“Qəbələ” 1-ci, Çələbiyev və Məmmədli çempion oldu

Kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, 39 komandadan 203 boksçunun mübarizə apardığı yarışda “Qəbələ” İdman Klubunun üzvləri də uğurla iştirak edib. “Qəbələ” boksçuları 6 gün davam edən turnirdə 8 medal qazanıblar. Boks Mərkəzində təşkil olunan çempionatda “Qəbələ” idmançıları 2 qızıl, 3 gümüş və 3 bürünc mükafata yiyələniblər.

Cavid Çələbiyev 60 kq, Rahil Məmmədli 91 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Yalnız finalda uduzan Fərid Ağamoğlanov (64 kq), İsmayıl Hüseynov (75 kq) və Rauf Rəhimov (81 kq) gümüş medal qazanıb. Yarımfinala qədər irəliləyən Roman Zakirov (69 kq), Loren Dominkan Alfonso (81 kq) və Asəf Aslanlı (+91 kq) çempionatın bürünc mükafatçısı olub.

“Qəbələ” boksçularının uğurlu çıxışı komanda hesabında da öz əksini tapıb. Belə ki, turnirin komanda hesabında “Qəbələ” İK birinci yeri tutub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31