28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Fariz Məmmədov: “Dedi ki, kifayət qədər mövzu var, maraqlı film alınacaq”

“Qatarla yol gedirdim. Bu vaxt bir nəfər Feysbuk”a yazdı. Rejissor olduğunu və görüşmək istədiyini bildirdi. Dedim, Azərbaycanda deyiləm, qayıdım, əlaqə saxlayarsınız. Dediyim vaxtda zəng vurdular və beləcə görüşümüz baş tutdu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qol.az-a açıqlamasında peşəkar boks üzrə ilk azərbaycanlı dünya çempionu Fariz Məmmədov deyib. Bu yaxınlarda həyat və karyerasından bəhs edən “Böyük qayıdış” filmini təqdim edən sabiq boksçu filmin necə ərsəyə gəlməsindən danışıb:

“Həmin rejissor Nicat Cəlilov idi. Özü də həmyerlimdir. Ona sual verdim ki, bu qədər tanınmış idmançıımız var, film çəkmək üçün niyə onları yox, məni seçdiniz. Dedi ki, birincisi, sizin döyüşlərinizi çox izləmişəm Həbsxana həyatınızla da tanışam. Əminəm ki, maraqlı film alınacaq. Çünki çəkməyə kifayət qədər mövzu var.

Düşündüm ki, yəqin onun maddi nəyəsə ehtiyacı var. Soruşdum ki, məndən nə tələb olunur. Dedilər ki, sadəcə, çəkiliş üçün icazə verməyin. Onlar da məndən hansısa istəyimin olub-olmadığını soruşdular. Mən də dedim ki, aktyor deyiləm, nəsə tələb edim. Bu söhbət 2015-ci ildə olub. Həmin vaxt yarışa hazırlaşırdım. Onlara qrafik çəkdim. Bildirdim ki, hazırlıq 4 mərhələdən ibarət olacaq. Məşq proseslərinə onları da dəvət etdim. Beləcə çəkilişlər başladı və 2 ilə yaxın davam etdi. Bu müddət biz daha da yaxınlaşdırdı və dostluq münasibətləri yarandı. Nicat torpağını, millətini sevən insandı. Hesab edirəm ki, bu cür adamların işi də keyfiyyətli alınır. Nəticədə ortaya belə bir film çıxdı”.

F. Məmmədov filmin çəkilməsində onlara dəstək olanları da unutmayıb: “Filmin çəkilişi üçün maddi dəstəyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Mirzəyev verib”.

Sonda təqdimatda iştirak edənlərə təşəkkürünü bildirən dünya çempionu diqqətdən kənarda qoyduğu insanlardan üzrxahlıq edib: “Filmin təqdimatı qısa zamanda olduğundan, bəzi dostları istəməyərəkdən diqqətdən kənarda qaldı. Eyni zamanda, məni tək qoymayan idmançılarımıza, millət vəkillərimizə, sənətkarlarımıza təşəkkür edirəm. Onların dəstəyini hər zaman hiss etmişəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31