19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Ramil Quliyev Türkiyənin ən yaxşısı seçildi

Azərbaycanlı atlet Ramil Quliyev Türkiyənin ən yaxşısı seçilib.

Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, “ay-ulduzlular”ın şərəfini qoruyan həmyerlimiz Türkiyə Qəzetçilər Cəmiyyətinin səsverməsində hamını qabaqlayıb.

Belə ki, 41 ildi təşkil edilən Sedat Simavi mükafatlarından biri Quliyevə qismət olub. O, ən yaxşı idmançı nominasiyasının qalibi seçilib. Ramil bu mükafata Londonda Türkiyəyə dünya çempionatının ilk qızıl medalını qazandırdığı üçün layiq görülüb.

Quliyev təlim-məşq toplanışında olduğu üçün mükafat “Fənərbaxça”nın atletika şöbəsinin cavabdehi Gürsəl Özyurt Seçiciyə cəmiyyətin sədri Şenes Erzik tərəfindən verilib.

Qeyd edək ki, Erzik uzun illər UEFA-nın vitse-prezidenti vəzifəsində çalışıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30