26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Azərbaycan Qran Prisi 2017-ci ilin ən yaxşı yarışı seçildi

Formula 1 üzrə Azərbaycan Qran Prisi 2017-ci ilin ən yaxşı yarışı seçilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Futbolxeber.az saytına verilən məlumata görə, Azərbaycanın paytaxtında gerçəkləşən mərhələ dünyanın aparıcı kütləvi informasiya vasitələrinin sorğusunda birinci olub.

"Daily Mail”, "Sky Sports”, "The Times”, "Bild am Sonntag”, "ViaSat” kimi nüfuzlu nəşrlərin avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçiləri arasında apardığı sorğuda əksəriyyəti Bakıdakı yarışı fərqləndirib.

Qeyd edək ki, Azərbaycan Qran Prisində "Red Bull” komandasının pilotu Daniel Rikkardo gözlənilməz şəkildə qələbə qazanıb. Yarış zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində yaşanan ən yaddaqalan hadisələrdən biri olub. Bundan başqa, Formula 1-in təkər təchizatçısı "Pirelli” şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran Prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmənin olduğu yarış olub.

Qeyd edək ki, 2018-ci il Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30