2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

Azərbaycanı Olimpiadada təmsil edəcək idmançı müəyyənləşdı

Azərbaycanı 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında təmsil ecəcək idmançı müəyyənləşib.

Azərbaycan Dağ Xizəyi Federasiyasının rəsmisi Afaq Zeynalovanın "Report"a verdiyi məlumata görə, bu, Patrik Braxnerdir.

Avstriyalı legioner kişilər arasında slalom və böyük slalom yarışlarında çıxış edəcək. 25 yaşlı idmançı karyerasında ikinci dəfə olimpiadaya qatılacaq. O, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da iştirak edib. Həmin vaxt böyük slalom növündə 53-cü yeri tutmuş Braxner slalomçuların mübarizəsində finişə çata bilməyib.

O, qarşıdakı olimpiadaya lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində əldə edib.

A.Zeynalovanın sözlərinə görə, Braxnerin bu yaxınlarda şəxsi problemi ortaya çıxdığından, Pxençxana yollanması sual altına düşmüşdü. Nəticədə federasiya andorralı Robert Solsonanı olimpiadaya yollamaq istəyib. Lakin Braxner problemini artıq yoluna qoyduğunu və Cənubi Koreyada çıxış etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları 9 - 25 fevral 2018-ci ildə keçiriləcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31