28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Ərdoğan Ramil Quliyevdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan idmanda milliləşdirmənin əleyhinə olmadığını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, “NTV Spor”un qonağı olan dövlət başçısı bu praktikadan bütün dünyada istifadə edildiyini söyləyib. Onun fikrincə, milliləşdirməyə neqativ yanaşmaq faydalı deyil: “İngiltərə, Fransada əcnəbilər oynayır. Kaş ki, öz soyumuzdan olub, torpaqlarımızda yetişərdilər. Lakin bu olmursa və dünyanın bir gerçəyidirsə, buna mənfi baxmağın faydası olmaz”.

R.T.Ərdoğan Bolqarıstanda doğulan Halil Mutlu və Naim Süleymanoğlu kimi ağırlıqaldıranların Türkiyə idmanına müsbət təsir etdiklərini xatırladıb. O, həmçinin, bu il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda dünya çempionu olan azərbaycanlı Ramil Quliyevi örnək göstərib: “Əlbəttə, Türkiyə vətəndaşlığını qəbul edən şəxs zəif yox, güclü olmalıdır. Naim Süleymanoğlu, Halil Mutlu...Bunlar gəldi, nə oldu? Ağırlıqqaldırmada Türkiyəni bir addım irəli apardılar. Dəyişiklik yaşatdılar. Atletika tarximizdə son olaraq azərbaycanlı qardaşımız Ramil Quliyev çempion oldu. Efiyopiyalı qızımız bizə çempionluq gətirdi. Bunlar olduğu zaman digərlərini də irəli çəkirlər”.

Qeyd edək ki, Türkiyə yığmasının heyətində dünya çempionu olan Ramil Quliyev yarışdan sonra onu ilk təbrik edən şəxsin Rəcəb Tayyib Ərdoğan olmasına çox təəccübləndiyini açıqlayıb (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31