25 Noyabr 2017, Şənbə
UEFA AFFA-nın layihəsini təsdiq etdi
XIII turun təyinatları açıqlandı
Etopaz-da bu gün 47 canlı oyun
UEFA reytinqi: Azərbaycan gerilədi

Digər idman növləri

Millimizdən möhtəşəm qələbə: erməniləri diz çökdürdük

Yunanıstanda keçirilən şahmat üzrə komandalar arası Avropa komanda çempionatının 6-cı turunda Azərbaycan yığması Ermənistan millisi ilə qarşılaşıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisi rəqibi 2.5:1.5 hesabı ilə məğlubiyyətə uğradıb.

Komandaların bir nömrələrinin qarşılaşmasında Şəhriyar Məmmədyarov Levon Aronyana uduzub. Üçüncü lövhədə komandanın digər üzvü Arkadi Naydiç isə erməni rəqibi Qabriel Sarqsyanla heç-heçə edib.

İkinci lövhədə ağ fiqurlanla oynayan Teymur Rəcəbov 52-ci gedişdə Sergey Movsesyanı, komandanın 4 nömrəsi Rauf Məmmədov isə 92-ci gedişdə Qrant Melkumyanı məğlub edib.

Bu, Ermənistan yığmasının turnirdə üç qələbə və iki heç-heçədən sonra ilk məğlubiyyəti olub.

Qeyd edək ki, Azərbaycan yığması 6 turdan sonra 9 xalla Xorvatiya ilə 3-4-cü yerləri bölüşür.   


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30





Click to Visit