18 Sentyabr 2018, Çərşənbə axşamı
Serb futbolçu "Keşlə"dən getdi
"Qarabağ" üçün fransız hakim
Volkan Üst infarkt keçirdi
Əliyar Ağayev "Latsio"nun oyununda

Digər idman növləri

28 oktyabr - Dünya Cüdo Günü

Beynəlxalq Cüdo Federasiyası hər ilin 28 oktyabr tarixini “Dünya Cüdo Günü” kimi qeyd edir.

Futbolxeber.az saytının məlumatına görə, məhz cüdonun banisi Ciqoro Kano (Jigoro Kano) oktyabrın 28-də anadan olduğu üçün bu tarix cüdo günü kimi qeyd olunur.

Bu gün dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən beynəlxalq cüdo federasiyasına (İJF) 195 milli federasiya daxildir. Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar. 2013-cü ildə cüdoçumuz Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Oyunlarında parlaq qələbələr qazanıblar. Hal-hazırda da cüdo üzrə milli komandamızın üzvləri mötəbər yarışlarda uğurlar qazanaraq ölkəmizin idman şərəfini ləyaqətlə ucaldırlar. Son iki ildə cüdoçularımız Olimpiya Oyunları, Avropa çempionatı , "Böyük Dəbilqə", "World Masters" və "Qran-Pri" kimi nüfuzlu yarışlarda uğurla çıxış edərək medallar qazanıblar. 2016-cı ildə böyüklərdən ibarət milli komandamız Azərbaycan cüdo tarixində ilk dəfə olaraq Avropa çempionatının komanda yarışlarında 3-cü yeri tutub. 2017-ci ildə isə milli komandamız gənclər arasında Avropa birinciliyinin komanda yarışlarında qızıl medal qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit