18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

"Qəbələ" idmançılarının Ukraynada çəki mərasimi və mətbuat konfransı keçirilib

Oktyabrın 21-də təşkil olunacaq “Qəbələ” və Ukraynanın KB-75 klubları arasında boks üzrə beynəlxalq yoldaşlıq görüşü öncəsi çəki mərasimi və mətbuat konfransı keçirilib.

Futbolxeber.az-ın "Qəbələ"nin saytına istinadən verdiyi məlumata görə, nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov, Azərbaycan millisinin baş məşqçisi Leonid Loivski, komandamızın baş məşqçisi Ramiz Mirkamalovun qatıldığı tədbirdə ukraynalıların çalışdırıcısı Sergey Krinitski və baş hakim İqor Biletski iştirak ediblər. Media nümayəndələrinin suallarını cavablandıran rəsmilər yoldaşlıq oyunu və təşkilatçılıq haqda da fikirlərini bildiriblər. “Qəbələ” nümayəndə heyətinin rəhbəri Fariz Məmmədov konfrans iştirakçılarına “Qəbələ” haqda məlumat verib, klubun yarandığı gündən indiyədək gördüyü işlərdən, uğurlardan bəhs edib. O, Azərbaycan və Ukrayna xalqlarının dostluq münasibətlərindən danışıb, Krivoy Roq şəhərində göstərilən diqqətə və qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirib. Konfransın ardınca isə boksçuların çəki mərasimi keçirilib.

Xatırladaq ki, bu gün keçiriləcək. və 7 döyüşdən ibarət görüş Krivoy Roq şəhərindəki Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq görüşdə “Qəbələ”ni Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30