28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Məmmədli və Xəlilovdan iki kiçik bürünc medal

15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcəklər.

Onlardan ikisi - Məhəmməd Məmmədli və Kənan Xəlilov medal mübarizəsinə qoşulub. Atletlərimiz yaşı 20-yə qədər olan gənclərin 62 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

Kənan Xəlilov birdən qaldırma hərəkətində 123 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazanıb. O, təkanla qaldırmada 133 kq-ı qaldıraraq bu hərəkətdə 7-ci olub. Atletimiz toplam 256 kq (123+133) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

Məhəmməd Məmmədli birdən qaldırma hərəkətində 115 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 6-cı olub. O, təkanla qaldırmada 148 kq-ı qaldıraraq bu hərəkətdə bürünc medala sahib çıxıb. Atletimiz toplam 263 kq (115+148) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31