25 Noyabr 2017, Şənbə
UEFA AFFA-nın layihəsini təsdiq etdi
XIII turun təyinatları açıqlandı
Etopaz-da bu gün 47 canlı oyun
UEFA reytinqi: Azərbaycan gerilədi

Digər idman növləri

"Qəbələ" boksçuları Ukrayna klubu ilə qarşılaşacaq

“Qəbələ” İdman Klubunun boksçuları növbəti sınağına çıxacaq.

Futbolxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, idmançılar Ukraynanın KB-75 klubu ilə beynəlxalq yoxlama görüşü keçirəcək.

Krivoy Roq şəhərində təşkil olunacaq matç 7 döyüşdən ibarət olacaq. Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə “Qəbələ” və KB-75-in boksçuları 7 çəki dərəcəsində üz-üzə gələcək. Oktyabrın 21-də keçiriləcək matçda Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30





Click to Visit