19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Güləşçimiz dünya çempionu olub

Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start verilib.
 
Futbolxeber.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan millisi 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb.
 
Azərbaycan sərbəst güləşçilərindən Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), qadın güləşçilərdən isə Türkan Nəsirova (48 kq) ilə Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar. Qızıl medalı Qalib Əliyev əldə edib. O, finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.
 
Gümüş medala Türkan Nəsirova, bürünc medallara isə Əfqan Xaşalov, Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) sahib olub.
 
Qeyd edək ki, hərbçilərin 32-ci dünya çempionatına 22 ölkədən 320-dək güləşçi qatılıb. 

report.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30