23 Oktyabr 2019, Çərşənbə
IX turun hakim təyinatları açıqlandı
Turun oyunçusu - Rəhman oldu
Nazarovdan Almaniyada yeni rekord
Lixtenşteynlə oyun Sumqayıtda

Digər idman növləri

Beynəlxalq Paralimpiya Komitəsinə yeni prezident seçilib

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə Beynəlxalq Paralimpiya Komitəsinə (IPC) prezident seçkisi keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, braziliyalı Endryu Parsons səs çoxluğu ilə qalib olub.
 
40 yaşlı funksioner bu postda 67 yaşlı britaniyalı Filip Kreyveni əvəzləyib. Namizədlər arasında kanadalı Patrik Jarvis, danimarkalı Yon Petersson və çinli Haydi Çjan da olub. Onlar müvafiq olaraq 12, 19 və 47 səs toplayıblar. Bundadək İPC-nin vitse-prezidenti olan E.Parsons isə 84 səs alıb.
 
Çin nümayəndə heyəti səsvermədən dərhal sonra etirazını bildirib. Onlar səsvermə zamanı səhvə yol verildiyini söyləsələr də, etiraz qəbul olunmayıb.
Qeyd edək ki, Filip Kreyven 2001-ci ildən quruma rəhbərlik edirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31