28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Digər idman növləri

Güləşdə çəkilər dəyişdi

Fransanın paytaxtı Parisdəki dünya çempionatı zamanı Dünya Güləş Birliyi (UWW) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, iclasda güləş ictimaiyyətini maraqlandıran bir sıra məsələlər müzakirə edilib və qərar qəbul edilib.
 
Müzakirə edilən məsələlərdən ən başlıcası çəki dərəcələrində edilən dəyişikliklər olub. Qurumun yeni qərarına əsasən, böyüklər yaş kateqoriyasında çəki dərəcələrinin sayı 8-dən 10-a artırılıb. Olimpiya çəki dərəcələrinin sayı isə 6 olaraq qalıb.
 
Beləliklə, 2018-ci ilin yanvarın 1-dən etibarən təqvim planı üzrə bütün güləş yarışları dəyişilmiş çəki dərəcələri üzrə keçiriləcək:
 
Sərbəst güləş: 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq
Yunan-Roma güləşi: 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq
Qadın güləşi: 50, 53, 55, 57, 59, 62, 65, 68, 72 və 76 kq
 
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında güləşçilər 6 çəki dərəcəsində mübarizə aparacaqlar:
Sərbəst güləş: 57, 65, 74, 86, 97 və 125 kq
Yunan-Roma güləşi: 60, 67, 77, 87, 97 və 130 kq
Qadın güləşi: 50, 53, 57, 62, 68 və 76 kq
 
Gənclər və U-23 yaş kateqoriyasında olan güləşçilər də bu çəki dərəcələrində mübarizə aparacaqlar. Yeniyetmələr və azyaşlı yeniyetmələrin çəki dərəcələri ilə bağlı qərar isə yaxın günlərdə qəbul ediləcək.
 
Bundan başqa, müzakirə olunan güləş qaydalarında bəzi dəyişikliklər təsdiqlənib. Bu il yeniyetmə güləşçilərin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və 2 günlük yarış proqramı üzrə təklif olunan qayda dəyişikliyi 2018-ci ilin yanvarın 1-dən bütün yaş kateqoriyalarında tətbiq ediləcək. İkinci yarış günündə normadan 2 kq artıq çəkidə güləşməyə icazə verilməsi isə yalnız 2018-ci ildə keçiriləcək yarışlarda tətbiq olunacaq. 2019-cu ilin yanvarından etibarən isə normadan artıq çəkidə güləşməyə icazə verilməyəcək.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31