16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Hacı Əliyev dünya çempionu oldu

Fransanın paytaxtı Parisdəki dünya çempionatında bu gün sərbəst güləşçilərin mübarizəsi başlayıb.

Futbolxeber.az xəbər verir ki, 61 kq çəkidə mübarizə aparan Hacı Əliyev ölkəmizə qızıl medal qazandırıb.

İkiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və 3-cü dəfə dünya çempionluğunu qazanıb.

Finala qədər o, Qırğızıstan, Yaponiya, Slovakiya və Kuba güləşçilərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə isə rusiyalı Hacımurad Rəşidovdan üstün olub.

FİNAL. Hacımurad Rəşidov (Rusiya) - Hacı Əliyev  - 1:7

1/2 final. Hacı Əliyev - Yovlis Bonne Rodrigez (Kuba) - 10:0

1/4 final. Hacı Əliyev - Mikola Bolotnjuk (Slovakiya) - 10:0

1/8 final. Rinya Nakamura (Yaponiya) - Hacı Əliyev - 1:10

1/16 final. Alibek Osmonov (Qırğızıstan) - Hacı Əliyev - 0:8

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30