18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Azərbaycan idmançıları Universiadada daha 2 medal qazandılar

Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının 5-ci günündə daha 2 taekvondoçumuz mübarizəyə qoşulub.

Futbolxeber.az saytının məlumatına görə, dayanq üzərinə çıxan hər 2 idmançımız yarışı bürünc medalla başa vurub.

Belə ki, +87 kq çəki dərəcəsində mübarizə aparan Radik İsayevin ilk döyüşü 1/8 finala təsadüf edib. İranlı Farşad Gias Şandi ilə üz-üzə gələn Olimpiya çempionumuz gərgin keçən döyüşü aktivinə yazıb – 12:11. Taekvondoçumuz ardınca Sabit Buqrahan Karakası (Türkiyə) yarışdan kənarlaşdırıb. O, bu dəfə 25:6 hesabı ilə qələbə qazanıb. Lakin İsayev yarımfinal səddini keçə bilməyib. Rusiyalı Rəfail Ayukayevə 8:36 hesabı ilə uduzan idmançımız 3-cü yerlə kifayətlənib.

Digər taekvondoçumuz Səid Quliyev (74 kq) İsayevdən fərqli, 1/16 finaldan mübarizəyə başlayıb. O, Munoz Qarridonu (Çilili) 29:11 hesabı ilə məğlub etdikdən sonra Hektor Alvarezlə (Meksika) döyüşüb. Çətin keçən qarşılaşmada idmançılar hərəyə 5 xal toplasalar da, hakimlərin qərarı ilə Quliyev mərhələ adlayıb. O, 1/4 finalda isə Julio Ferreyraya qalib gəlib - 8:6.

İdmançımız yarımfinalda uğurunu davam etdirə bilməyib. O, finala gedən yolda iranlı Ramin Hüseynquluzadəyə məğlub olaraq, bürünc medala yiyələnib.

Bununla da, Universiadada mükafat qazanan taekvondoçularımızın sayı 4-ə çatıb. İsayev və Quliyevdən öncə, Milad Beiqi Harşeqani (80 kq) qızıl, Ayxan Tağızadə (68 kq) gümüş medala sahib olub.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30