20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Taekvondoçumuz Universiadanın qalibi oldu

Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının növbəti günündə 4 taekvondoçumuz dayanq üzərinə çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, idmançılarımız günü 1 qızıl medalla başa vurub.
 
80 kq çəki dərəcəsində çıxış edən Milad Beigi Harçeqani qızıl medal qazanıb. İdmançımız əvvəlcə Jan Miçel Fernandezi (Portuqaliya) 29:1, ardınca Rusiyanı təmsil edən Boqdan Qreçkini 25:8 hesabı ilə məğlubiyyətə uğradıb. Onun 1/4 finalda rəqibi Hidenori Ebata (Yaponiya) olub və Harçeqani bu dəfə də görüşü üstün başa vurub (32:15). Dünya çempionumuz yarımfinalda yerli taekvondoçu Vey Tinq Liuya qalib gəlib (12:4). Həlledici döyüşdə ispaniyalı Raul Martinez Qarsiya ilə qarşılaşan təmsilçimiz 6:3 hesablı qələbə sayəsində yarışın çempionu olub.
 
Bugünkü mübarizədə 3 taekvondoçumuz isə medal qazana bilməyib. Kişilərin 58 kq çəkisində Əli Məmmədov ilk döyüşündə Luka Qiotti (San-Marino) üzərində qələbə əldə etsə də (24:4), tailandlı rəqibi Tavin Hanpraba uduzub (7:21).
 
Qadınların yarışında Fəridə Əzizova (67 kq) 1/8 finalda iordaniyalı Culyana Əl Sadeqlə mübarizədən qalib ayrılıb (5:4). Lakin sonrakı mərhələdə Koreya Respublikasından olan rəqibi Jandi Kimlə bacarmayıb (3:4). Daha bir qadın taekvondoçumuz Safiye Polat yarışla erkən vidalaşıb. 1/16 finalda Böyük Britaniyalı Kurtni Ördlini keçən idmançımız ardından türkiyəli İpek Çidemə məğlub olub (2:9).
 
Bu, taekvondoçularımızın Taypeydə 2-ci medalıdır. İlk medalı isə 68 kq çəki dərəcəsində 2-ci yeri tutan Ayxan Tağızadə əldə edib.
 
Qeyd edək ki, yarış "G2" kateqoriyalı olduğundan I, II və III yeri tutmuş idmançılar, müvafiq olaraq 20, 12 və 7.2 reytinq xalı qazanır.
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30