26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Yığmamızın hücumçusu “Bursaspor”a icarəyə verildi

Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova icarəyə verilib.

Futbolxeber.az saytının məlumatına görə, iyunda “Bursa Böyükşəhər Bələdiyyəspor” klubu ilə müqaviləsini yeniləyən 19 yaşlı hücumçu karyerasını “Bursaspor”da davam etdirəcək.

I liqa təmsilçisi 179 sm boya malik Başnakova ilə 1 illik razılıq əldə edib. Hücumçunun icarə bitdikdən sonra "Çelenc Cup"ı qazandığı Superliqa klubuna qayıdacağı bildirilir.

“Bursaspor” təmsilçimizlə yanaşı, Azərbaycan voleybolu üçün tanış simalarla da anlaşıb. Belə ki, komandaya yeni mövsümdə “Azərreyl” və “Bakı”nın sabiq baş məşqçisi Ancelo Vercesi rəhbərlik edəcək. Həmçinin onun həyat yoldaşı, Bakının “Lokomotiv” klubunda oynamış və Super Liqada mükafat əldə etmiş belaruslu blokçu Vera Klimoviç də 2017/2018 mövsümündə “Bursaspor”un uğurları üçün çalışacaq.

Qeyd edək ki, əslən Belarusdan olan Nikalina “Bursa Böyükşəhər Bələdiyyəspor”un əvəzedici komandasına 2015-ci ildə “Azərreyl”in ikinci heyətindən yollanmışdı. O, aşağı yaş qrupları üzrə Azərbaycan millisində 2013-cü ildə debüt edib. Əsas komandamıza namizəd olan Başnakova gənclər yığmamızın voleybolçusudu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30