23 Avqust 2019, Cümə
III turun oyun cədvəlini açıqlandı
"Estremadura" Mahirdən imtina edir
Milli komandamız PES-2020-də
Xanım Dabo da Bordindən narazıdı

Digər idman növləri

Ramil Quliyev: “Niyə Boltun rekordlarını qırmayım?”

“Azərbaycan bizim ürəyimizdir”. Bu sözləri İstanbulun Atatürk adına aeroportunda APA-ya verdiyi açıqlamada  Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyev deyib.

İstanbulun Atatürk adına aeroportunda dünya çempionu Ramil Quliyev üçün qarşılama mərasimi təşkil edilib. Ramil Quliyev pasport nəzarətini keçəndən sonra Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak zəng edərək çempionu təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Ramil Quliyev və məşqçisi Oleq Muxin APA-nın Türkiyə müxbirinin suallarını cavablandırıb:

- Dünyanın ən sürətli adamı Useyn Bolt karyerasına nöqtə qoyanda səhnəyə Ramil Quliyev çıxdı. Səhv dəyərləndirmə olmadı ki?

Ramil Quliyev: Useyn Bolt artıq yarış səhnəsindən çəkildi. Niyə mənim də onun rekordlarını qırmaq və onu keçmək hədəflərim olmasın? İndi bütün gücümlə Avropa çempionu olmaq üçün hazırlaşacağam. Dünya çempionu olmuş bir insanın Avropa çempionluğundan aşağı hədəfi ola bilərmi?.

- Azərbaycana siz hansı mesajı vermək istərdiniz?

Oleq Muxin: Azərbaycan bizim ürəyimizdir. Biz vətənimizi bir an da olsa, unutmuruq. Yay məzuniyyətimizdə Azərbaycana gedirik. Buradan ölkəmizə çox salam göndəririk.

Ramil Quliyev: Məşqçim Oleq Muxinin dediyi kimi, Azərbaycan bizim ürəyimizdir. Yarışların hamısına  qəlbimdəki  Azərbaycan və Türkiyə sevgisi ilə çıxmışam. Mənim üçün həyəcan keçirən, sevincimi paylaşan hamını  ürəkdən salamlayıram.

Dünya çempionunun məşqçisi Oleq Muxinin sözlərinə görə, o, Ramil Quliyevin dünya çempionu olacağına həmişə inanıb: "Londondakı çempionata yaxşı hazırlaşdığımız kimi, orada olarkən gündəlik prosesləri çox yaxından izləyirdim. Yarışın hər mərhələsinə uyğun qurduğumuz planı uğurla həyata keçirdik. Yarımfinalda Ramilin çempion olacağına artıq əmin idim. Biz bütün işlərimizi elmi əsaslar üzərində qurduğumuza görə, qələbə uğrunda daha inamla mübarizə aparırıq”.

İstanbul aeroportundakı qarşılama mərasimindən sonra məşqçi Oleq Muxin və dünya çempionu Ramil Quliyev Ankaraya gediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın 15 avqustda O.Muxin və R.Quliyevi qəbul etməsi gözlənilir. Dünya çempionu Ramil Quliyevin lisenziyalı idmançısı olduğu “Fenerbahçe” klubundan APA-ya daxil olan məlumata görə, avqustun 20-də  Türkiyə superliqasında oynanılacaq  "Fənərbaxça" - "Trabzonspor" matçı  O.Muxin və R. Quliyevin topa vurmaları ilə başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31