25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti seçildi

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov yenidən Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti seçilib. Bu barədə APA-ya ATF-nin vitse-prezidenti Nağı Səfərov məlumat verib.
 
Səfərov bildirib ki, iyulun 14-də Meksikanın Puebla şəhərində Dünya Taekvondo Federasiyasının 24-cü Baş Assambleyası keçirilib. Toplantıda Federasiyanın növbəti müddət üçün rəhbərliyi və İdarə Heyəti də müəyyənləşib. Səfərov deyib ki, ATF-in prezidenti Kəmaləddin Heydərov növbəti dəfə DTF-nin vitse-prezidenti seçilib.
 
Qurumun prezidenti Çunq Von Ço, digər iki vitse-prezident isə Misir nümayəndəsi Əhməd Foli ilə İtaliyanı təmsil edən Sun Caepark olub. Qurumun İdarə Heyətinə 14 nəfər üzv seçilib.
 
Qeyd edək ki, Kəmaləddin Heydərov bundan əvvəlki iki dönəmdə də Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30