25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Güləşçilərimiz beşqat Dünya çempionunun xatirə turnirində iştirak edəcək

7-8 iyul 2017-ci il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçiriləcək. 
 
Futbolxeber.az-ın məlumatına görə, turnirdə baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında yığma komandanın 16 üzvünün iştirak etməsi planlaşdırılıb. Heyətdə Georgi Edişeraşvili, Mahir Əmiraslanov, Mircəlal Həsənzadə, Pərviz İbrahimov (hamısı 57 kq), Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Coşqun Əzimov, Məhəmməd Müslümov, Ağahüseyn Mustafayev (hamısı 65 kq), Murtuz Müslümov, Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hamısı 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb. 
 
Yarışın proqramına əsasən, ilk gündə 57, 65, 74 və 97 kq, ikinci yarış günündə isə 61, 70, 86 və 125 kq çəkidə güləşçilər mübarizə aparacaq. 
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30