7 Dekabr 2019, Şənbə
“Bu qədər gözəl oyuna inanmırdım”
"Qarabağ" "Keşlə" ilə heç-heçə etdi
Baş katib Şenol Güneşlə görüşüb
XIV turun hakim təyinatları

Digər idman növləri

Formula-1 Azərbaycan Qran-Prisini 71 min 541 tamaşaçı izləyib

Bakının mərkəzi küçələrində keçirilmiş Formula-1 Azərbaycan Qran-Prisi üçün yarış məkanına 71 min 541 azarkeş gəlib.
 
Futbolxeber.az-ın məlumatına görə, Formula-1-in ən yeni məkanı olan Bakı şəhər halqasında ötən il baş tutmuş ilk yarışla müqayisədə bu il keçirilmiş Azərbaycan Qran-Prisinə baxan tamaşaçıların sayı 30 faiz çox olub. Bundan əlavə, bu il yarışı yerində canlı izləmək üçün Bakıya xaricdən ötən ildəkindən iki dəfə çox avtoidman azarkeşi gəlib. Ümumilikdə 65 ölkədən gələn azarkeşlər Bakıda mövsümün ən gərgin və yaddaqalan yarışını izləyiblər. Xaricdən gələn Formula-1 həvəskarlarının sayı bütün tamaşaçıların üçdə birini təşkil edib.
 
Qran-Prini izləməyə gələn minlərlə azarkeşlə yanaşı, televiziya ekranları qarşısında əyləşən milyonlarla avtoidman həvəskarı uzun müddət yaddaşlarda qalacaq möhtəşəm yarışa tamaşa ediblər. “Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo rəqiblərini üstələyərək 2017-ci il mövsümündə ilk qələbəsini qazanıb. “Mercedes AMG” komandasının pilotu Valtteri Bottas “uçan finlandiyalı” adına sahib olub. Belə ki, o, böyük ustalıq nümayiş etdirərək yarış ərzində ən arxa sıradan ön cərgəyədək gələrək finiş xəttindən əvvəl sonuncu saniyədə “Williams” komandasının pilotu Lens Strolu ötüb və podiumda ikinci pillədə qərarlaşıb. Yarışın son anlarında ikinci pilləni əldən verməsinə baxmayaraq, “Williams” komandasının kanadalı yeniyetmə sürücüsü Lens Stroll Formula-1-də debüt etdiyi ilk mövsümdə ən gənc yaşda podiuma çıxan pilot ünvanına yiyələnib.
 
Hər bir anı gərgin mübarizə ilə dolu yarışda çempionatın lider pilotlarının – Sebastian Fettel ilə Luis Hamiltonun bolidləri toqquşub. Böyük mübahisə doğuran bu hadisənin Azərbaycan Qran-Prisindən sonra uzun müddət müzakirə olunacağı gözlənilir. Yarış ərzində “Force India” komandasının pilotları arasında da toqquşma olub. Bundan başqa, “McLaren Honda” komandasının pilotu, ötən il Bakıda ilk dəfə keçirilmiş Formula-1 yarışının ulduz elçisi Fernando Alonso yarışı 9-cu yerdə bitirərək builki mövsümdə özünün və komandasının ilk xalını qazanıb.
 
Azərbaycan Qran-Prisi üçün Bakıya toplaşmış avtoidman azarkeşləri üçün Dənizkənarı Milli Parkda möhtəşəm əyləncə proqramı təqdim olunub. Yarış həftəsonu günlərinin hər axşamında dünya ulduzları bulvar ərazisində salınmış böyük səhnəyə çıxaraq Formula-1 azarkeşlərinə yaddaqalan anlar yaşadıblar. Cümə günü axşam saatlarında türkiyəli məşhur müğənni Tarkan enerji ilə dolu performansı ilə səhnə ətrafına yığışmış avtoidman həvəskarlarına möhtəşəm gecə bəxş edib. Şənbə günü səhnəyə Nikol Şerzinger və “The Black Eyed Peas” qrupu çıxıb. Bazar günü isə dünya musiqisinin ən uğurlu sənətçilərindən biri, əfsanəvi musiqi ulduzu Meraya Keri möhtəşəm konserti ilə yarış və əyləncə həftəsonunun bağlanışını edib. (AZƏRTAC)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31