19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Digər idman növləri

Azad Rəhimov: "Tayson və Holifild Bakıya dəvət olunub"

Oktyabrın 2-də Azərbaycanda ilk dəfə keçiriləcək WBC (Ümumdünya Boks Şurasının) Konvensiyasına 500-dək ən tanınmış peşəkar boksçu, hakim və digər rəsmi şəxs qatılacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə AzTV-də yayımlanan "Günün nəbzi" verilişinə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov bildirib.

A.Rəhimov deyib ki, tədbirə keçmiş və hazırkı ən tanınmış ulduz boksçuların da qatılacağı gözlənilir:

"Onların arasında Mayk Tayson, Evander Holifild və Entoni Coşua kimi dünya çempionları da yer ala bilər. Biz onları da dəvət etmişik ki, gəlsinlər, Bakı ilə tanış olsunlar. Nəticədə peşəkar boks həvəskarları da fikirlərini Azərbaycana yönəldəcəklər və paytaxtımızın yeni tamaşaçılarına çevriləcəklər".

Qeyd edək ki, Mayk Tayson və Evander Holifild artıq karyeralarını başa vurublar. Entoni Coşua isə aprelin 29-da Vladimir Kliçkoya qalib gələrək, 3 versiya üzrə dünya çempionu olub (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31