19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Digər idman növləri

Yığmamızın Dortmunda gedəcək heyəti açıqlandı

27 iyun - 2 iyul 2017-ci il tarixdə Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, ilk iki yarış günündə gənc sərbəst güləşçilər mübarizə aparacaq. 
 
Böyük məşqçi Saypulla Absadiov və məşqi Rövşən Hacıyevin rəhbərliyi altında çempionatda ölkəmizi Şahin Muxtarov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Mahal Novruzov (66 kq), Abubakr Abakarov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) təmsil edəcək.
 
Çempionatın 3 və 4-cü günlərində gənc qızlar arasında qaliblər müəyyənləşəcək. Yığma komandanın böyük məşqçisi Nazim Əlicanov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında yığma komandanın 6 üzvü Dortmunda yollanacaq. Çempionatda ölkəmizi Zelfira Ələkbərli (44 kq), Türkan Nəsirova (48 kq), Tatyana Varantsova (51 kq), Leyla Qurbanova (55 kq), Ləman Qurbanova (59 kq) və Ceyla Nağızadə (63 kq) təmsil edəcək.  
 
Son yarış günlərində xalçaya yunan-Roma güləşçiləri çıxacaq. Böyük məşqçi İlqar Abdulov və məşqçi Zöhrab Abbasovun rəhbərlik etdiyi yığmanın heyətində Zülfüqar Əliyev (50 kq), Elşad Məmmədov (55 kq), Kamran Mirzəliyev (60 kq), Namaz Rüstəmov (66 kq), Ülvi Qənizadə (74 kq), Tuncay Vəzirzadə (84 kq), Seyidməhəmməd Ömərov (96 kq) və Tehran Əminzadə (120 kq) Almaniyaya yollanacaq. 
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Sədi Quliyev və İntiqam Alıyev təmsil edəcək. 
 
Məlumat üçün bildirək ki, ötən il keçirilən Avropa çempionatında gənclərimiz ümumilikdə 5 qızıl, 2 gümüş, 5 bürünc medal qazanıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31