20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Velosiped üzrə Azərbaycan birinciliyi başa çatdı

İsmayıllıda velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, 100-ə yaxın idmançının iştirak etdiyi yarışın sonuncu günündə gənclər arasında qrup ötüşməsi üzrə qaliblər müəyyənləşib.
 
Güclü yağış altında mübarizə aparan velosipedçilər 90 km məsafə qət ediblər. Finişi hamıdan tez Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped məktəbinin nümayəndəsi İvan Orlov keçib. 8 saylı Olimpiya Məktəbinin üzvləri Mikayıl Səfərli və Xankişi İsgəndərov isə 2-3-cü yerləri tutublar.
 
Gənclər - 90 km
 
1. İvan Orlov (OEQİUVM) - 02:34:39
2. Mikayıl Səfərli (8OEQİUVM) - 02:34:41
3. Xankişi İsgəndərov (8OEQİUVM) - 02:34:42
 
Qaliblərin mükafatlandırılma mərasimi İsmayıllı Olimpiya İdman Kompleksində baş tutub. Fərqlənən idmançılara medal və diplom, 1-ci yerin sahiblərinə isə xüsusi çempion köynəyi hədiyyə edilib. Qeyd edək ki, Azərbaycan birinciliyinin nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq. 
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30