17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Bakıda Formula-2 yarışlarına start verilib

İyunun 23-də Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula-2 yarışı üzrə sərbəst yürüşlərə start verilib. Futbolxeber.az-ın məlumatına görə, 45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 13:00-dan 14:30-dək Formula-1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü keçiriləcək. Saat 15:00-da isə sıralama turu başlayacaq.
 
Azərbaycanda Formula-2 yarışının 7-ci və 8-ci mərhələləri təşkil edilir. Yarışlarda 21 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.
 
Ötən il Bakı şəhər halqasında (6003 km) qeydə alınan ən sürətli dövrə A.Giovinazziyə məxsus olub – 1:51.752 (193,381 km/saat).
 
Bu həftəsonu yarışda bir sürücü dəyişikliyi olub. Belə ki, Sergey Sirotkin 7 nömrəli bolidin sürücüsü Aleksandr Albonu əvəzləyib. Oliver Rouland 3-cü mərhələdən sonra Şarl Lekler ilə arasında olan xal fərqini 26-dan 3-ə endirib.
 
Monte Karloda baş tutan 3-cü mərhələdən sonra “PREMA Racing” komandası komandalararası çempionatda birinciliyi əldən verərək 4-cü yerə düşüb.
 
“DAMS” komandası hələlik ən çox podyum sayına sahibdir. Bu komanda 5 dəfə fəxri kürsüyə çıxıb. “Russian Time” 4, “PREMA Racing” 3, “ART Grand Prix” komandası isə 2 dəfə birinci olub.
 
Formula-2 üzrə ilk 6 yarışın qalibləri Şarl Lekler, Oliver Rouland, Artem Markelov, Nobuharu Matsuşita və Nik Vriesdir. O.Rouland 6 yarış ərzində 4 dəfə podyuma çıxıb. Çempionatın lideri Ş.Lekler və O.Rouland arasında 3 xal fərq var. Komandalararası çempionatda “Russian Time” və “DAMS” komandaları arasında 14 xal fərq mövcuddur. (AZƏRTAC)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30