24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Daha 2 boksçumuz dünya çempionatına lisenziya qazandı

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 finala yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, bu mərhələnin ikinci günündə Azərbaycan yığmasının 4 üzvü gücünü yoxlayıb. 
 
Millimizin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Antoni Ceyms Uolkerlə (İrlandiya) üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Ardınca Kamran Şahsuvarlı (75 kq) gücünü yoxlayıb. Olimpiya mükafatçımız Emmet Brennanla (İrlandiya) döyüşüb və 5:0 hesabı ilə qalib gəlib. O, növbəti qarşılaşmasında Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayacaq. 
 
Abdulqadir Abdullayev də Şahsuvarlı kimi həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziyaya yiyələnib. 91 kq dərəcəsində yarışan boksçumuz 1/4 finala gedən yolda Şott Antoni Forresti (Şotlandiya) mübarizədən kənarlaşdırıb – 3:2. O, çempionatda ikinci görüşünü Çeavan Klarka (İngiltərə) qarşı keçirəcək. 
 
1/8 finalda son təmsilçimiz Cavid Çələbiyev (60 kq) isə fransalı Sofian Oumihaya məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb. 
 
Beləliklə, yığmamızın 5 üzvü mübarizəni bu gün baş tutacaq 1/4 finalda davam etdirəcək. Onlar həmçinin dünya çempionatında iştirak hüquqa da yiyələniblər. 
 
Qeyd edək ki, Şahsuvarlı və Abdullayevədək Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da 1/8 final görüşünü qələbə ilə başa vurmuşdular. Onlar 1/4 finalda müvafiq olaraq, Mateuş Polski (Polşa), Yevgeni Barabanov (Ukrayna) və Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gələcəklər.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30