19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Formula 1: Bulvar tribunasına olan biletlərin hamısı satılıb

Son günlər Azərbaycan Qran Prisini yarış məkanında izləmək istəyənlərin göstərdiyi böyük maraq nəticəsində çox sayda bilet satışı reallaşıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə bilgini Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yayıb.
 
Bildirilirb ki, Bulvar tribunasına olan biletlər tamamilə alınıb.
 
BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim bunu bu il ötən illə müqayisədə yarışı izləməyə xaricdən daha çox turistin gələcəyi ilə izah edib: “Biz bütün gücümüzü səfərbər edərək geniş məzmunlu və maraqlı əyləncə proqramı hazırlamışıq. Dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsertlərin elan olunmasından sonra həm ölkə daxilindən, həm xaricdən alınan biletlərin sayında böyük artım qeydə alınıb.
 
Əldə olan son məlumata əsasən deyə bilərəm ki, Bakıda keçiriləcək Formula 1 yarışını izləməyə bu il ötən ildəkindən iki dəfə çox xarici qonaq gələcək.
 
Eyni zamanda bu il yerli tamaşaçılar da yarışa böyük maraq göstərirlər. Son günlər yarışa bilet alan şəhər sakinlərinin sayı xeyli artıb. Bunun təbii nəticəsidir ki, artıq 3 tribunanın bütün biletləri alınıb. Digər tribunalarda da əhəmiyyətli dərəcədə doluluq müşahidə olunur. Ölkə əhalisinə müraciət edərək bidirmək istərdik ki, bilet almağa tələssinlər, əks halda sonraya bilet qalmaya bilər. Hamınıza möhtəşəm yarış həyəcanı ilə birlikdə unudulmaz əyləncə coşğusu arzulayırıq”.
 
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisini yerində canlı izləmək istəyənlər üçün ümumilikdə 30 min yerlik tribuna və ayaqüstü zonalar təklif olunur.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30