24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

3 boksçumuz dünya çempionatına lisenziya qazandı

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 final mərhələsinə start verilib. Futbolxeber.az-ın məlumatına görə, ötən gün Azərbaycan millisinin 5 idmançısı rinqə çıxıb.
 
Onlardan 3-ü qalib gəlməklə həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziya qazanıb.
 
Yığmamızın heyətində 49 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə Nazar Kurotçinlə (Ukrayna) üz-üzə gəlib. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Ardınca Lorenzo Sotomayor (64 kq) qüvvəsini sınayıb. Fransalı Vahid Hambli ilə qarşılaşan Olimpiya mükafatçımız rəqibini 4:1 hesabı ilə məğlub edib. Sotomayor 1/4 finalda polşalı Mateuş Polski (Polşa) ilə gücünü yoxlayacaq.
 
İkiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da yarışda ilk döyüşünü qələbə ilə bitirib. O, Aleksandr Kaleyevə (Belarus) 4:1 hesabı ilə qalib gəlib. Məcidov yarımfinala gedən yolda Camili-Dini Aboudo-Moindze (Fransa) ilə qarşılaşacaq.
 
52 kq çəki dərəcəsində rinqə çıxan Elvin Məmişzadə Manuel Fabritsio Kappai (İtaliya) ilə döyüşüb. Qarşılaşmadan rəqib üstün ayrılıb – 0:5.
 
Çempionatın 4-cü günündə Pərviz Bağırov (69 kq) da ilk sınağına çıxıb. Simyon Çamovla (Bolqarıstan) üz-üzə gələn həmyerlimiz 4:1 hesabı ilə qələbə qazanıb. O, növbəti qarşılaşmasında ukraynalı Yevgeni Barabanovla mübarizə aparacaq.
 
1/4 final döyüşləri iyunun 21-də olacaq.
 
Bu gün daha 4 boksçumuz 1/8 final görüşünə çıxacaq
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30