24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Naxçıvanda beynəlxalq turnirə start verildi

Naxçıvanda keçirilən yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbirdə muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov çıxış edib.
 
O bildirib ki, Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı, gənc idmançılar nəslinin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Yaradılan şəraitin nəticəsidir ki, bu gün Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazası xeyli möhkəmləndirilib. Hazırda muxtar respublikada 40 minə yaxın yeniyetmə və gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və uğurlara imza atırlar. Muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikasının Boks Federasiyasıdır. Federasiya bu idman növünün muxtar respublikada kütləviliyi, yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində məqsədyönlü iş aparır.
 
Vurğulanıb ki, mütəmadi olaraq ixtisaslı mütəxəssislərin dəvət olunması ilə ustad dərslərinin keçilməsi, texniki-taktiki seminarların təşkil edilməsi boks idman növü üzrə müxtəlif yaş qruplarında komandaların formalaşmasına müsbət təsir edib. Artıq muxtar respublika boksçuları yeniyetmələr, gənclər və kişilərdən ibarət yığma komandalara cəlb olunur, müxtəlif uğurlara imza atırlar. Bu gün isə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ilk dəfə olaraq boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri keçirilir.
 
Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti, millət vəkili Ağacan Abıyev çıxış edərək deyib ki, Naxçıvanda boks idman növünün inkişafına xüsusi diqqət göstərilir. Ümummilli liderin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə dünyanın bu növdə sayılıb-seçilən ölkələri iştirak edir. Ağacan Abıyev muxtar respublikada güclü idman infrastrukturunun yaradıldığını vurğulayıb, yarışın təşkilatçılarına minnətdarlığını bildirib, idmançılara uğurlar arzulayıb.
 
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bir-birindən rəngarəng çıxışları olub. Bədii hissədən sonra turnirə start verilib.
 
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, 9 ölkə iştirak edir. Yığmamızın 2 komanda ilə təmsil olunduğu turnirdə Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna, Özbəkistan və Rusiya yığmaları mübarizə aparırlar. Şimal qonşularımız Naxçıvana gəlməyə son anda qərar veriblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30