25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Tokio-2020-nin boks yarışlarının proqramında dəyişiklik olub

Tokio-2020 Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik edilib. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyəsinə əsasən Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Yaponiya paytaxtında mübarizə aparacaq çəki dərəcələri ilə bağlı qərar verib.
 
Yeni proqrama əsasən “Gündoğar ölkə”də də bu növ üzrə mübarizədə 13 dəst medal oynanılacaq. Ancaq növbəti Olimpiadada kişi boksçular 10 deyil, 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər. Əvəzində qadın boksçularda 2 çəki dərəcəsi artırılaraq, 5-ə çatdırılıb. BOK bu qərarı gender balansının qorunması ilə izah edib.
 
Bununla əlaqədar AİBA tərkibindəki müvafiq komissiyalara müzakirələr aparıb, optimal variantların tapılması tapşırılıb. Həmin komissiyaların işinin nəticəsi isə iyulun sonunda bir araya gələcək İcraiyyə Komitəsinin illik yığıncağında müzakirəyə çıxarılacaq. Toplantıda Tokio-2020-də boks yarışlarının hansı çəki dərəcələrində olacağı təsdiqlənəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30