20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

İdmançısında dopinq tapılan federasiyanın pulu kəsiləcək

Azərbaycan Prezidentinin təşəbbüsü ilə “Bədən tərbiyəsi və idman haqqında” qanunun 11-ci (Respublika idman federasiyalarının hüquqları və vəzifələri) maddəsinə əlavə bəndlər təklif edilir. Futbolxeber.az-ın APA-ya istinadən məlumatına görə, təkliflərdə federasiyaların vəzifə borcu kimi “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna və milli antidopinq qaydalarına uyğun olaraq, idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etmək tələb kimi qoyulur.
 
Bundan başqa, bildirilir ki, respublika idman federasiyaları tərəfindən bu qanuna yuxarıda qeyd edilən əlavənin yerinə yetirilməməsi pozuntu hesab edilir və həmin tələblər yerinə yetirilənədək dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin kəsilməsinə səbəb olur.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq. 
 
Qeyd edək ki, yığmamızda son illər kifayət qədər dopinqdə “ilişən” olub. Bu siyahıda ağırlıqqaldıranlarımız “lider” olsalar da, atletika və güləşdə də diskvalifikasiya edilən idmançılarımız var. Onlar sırasında tanınmışlara gəlincə, Nizami Paşayev, Valenti Xristov, Vitali Rəhimov, Toğrul Əsgərovun adını çəkmək kifayətdi.
 
Bu cəzalara görə yığmamızdan uzaqlaşdırılan mütəxəssislər də olub. Problemlərin bir-birini əvəzləməsi isə Azərbaycanın bir sıra vacib addımlar atması ilə nəticələnib. Ümumdünya Antidopinq Agentliyi cəzasına tuş gəlməmək üçün Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektoru ləğv edilib, onun müdiri İradə Rüstəmzadə qurumdan kənarlaşdırılıb. Əvəzində Azərbaycan Milli Antidopinq Agentliyi yaradılıb ki, idmanımızın üzərindəki “qara kölgə” götürülsün.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30