29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Ukrayna millisinin baş məşqçisi: “Azərbaycan, Almaniya...”

Kişi boksçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Dmitri Sosnovski iyunun 14-26-da Xarkovda keçiriləcək Avropa çempionatına hazırlıqdan danışıb. Futbolxeber.az-ın məlumatına görə, o, ölkəsinin mətbuatına verdiyi açıqlamasında bildirib ki, təlim-məşq toplanışında iştirak edən boksçuların hər biri yarışa tam hazırdır: 
 
“Hər şey plan üzrə gedir. Hazırlaşırıq, yığmada 20 nəfər məşq edir ki, bu, 2 ayrı heyət deməkdir. Sabah sınaq döyüşlərindən sonra Avropa çempionatına qatılacaq heyəti açıqlayacağıq. Komanda formasının pik həddindədir. Son turnirlərdə pis təsir bağışlamamışıq. Bununla belə Avropa çempionatında qarşıya qoyulan hədəf barəsində danışmaq çətindir. Olimpiya Oyunlarından sonra bütün komandalar yenilənib. Onlar kimi bizim də heyətimiz təcrübəli və gənc boksçulardan ibarət olacaq. Digər millilərlə müqayisədə komandamızın indi hansı səviyyədə olduğunu demək çətindir. Hər şeyi turnir göstərəcək. Təkcə onu deyə bilərəm ki, uşaqlar qələbə üçün əllərindən gələni edəcəklər”.
 
D. Sosnovski ehtiyatlandığı yığmalar sırasında Azərbaycanın da adını çəkib. O millimizin favoritlər arasında yer aldığını bildirib: “Həmişəki kimi liderlər İngiltərə, Fransa, Rusiya, Azərbaycan, Almaniya və Rumıniyadır. Amma kiçik komandalarda da güclü boksçular ola bilər”.
 
Avropa çempionatında əsas rəqibimizin çalışdırıcısı yarışın keçiriləcəyi şəhərdə Azərbaycanla yanaşı, bir neçə komandanın da toplanışda olduğunu vurğulayıb: “Xarkovda artıq 10 komanda – Ukrayna, Azərbaycan, Finlandiya, Danimarka, Litva, Yunanıstan, İrlandiya, Şotlandiya, Bolqarıstan və İspaniya milliləri hazırlıq keçir. Şəhərin təşkilatçılığın öhdəsindən gələcəyinə şübhə etmirəm. Hamı turnirə çox ciddi şəkildə hazırlaşır. Hazırda Xarkovda olan yığmalar hər şeydən razıdırlar. Böyük atletika maneji tam olaraq boks üçün ayrılıb. Bundan əlavə, qonaqlara xüsusi boks zalı verilib. Yemək və transport şəraiti də yüksək səviyyədədir, çox yaxşı oteldə məskunlaşmışıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31