19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Digər idman növləri

Güləşçilərimiz 4 medalla başladı

Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçirilir. Futbolxeber.az-ın məlumatına görə,  yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edir.
 
Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında yarışlarda iştirak edən güləşçilərimiz ilk gündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. 
 
42 kq çəkidə mübarizə aparan Qurban Qurbanov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Həlledici görüşdə komanda yoldaşına uduzan Ariz Hüseynov isə gümüş medalla kifayətlənib. 
 
50 kq-da yarışan Əsgər Əlizadə də bütün rəqiblərini məğlub edərək turnirin qızıl medalına yiyələnib. Əsgər Əlizadə həmçinin günün "ən texnikalı güləşçisi" mükafatına da layiq görülüb və xüsusi kubokla təltif olunub. 
 
Bürünc medalı isə yığmamıza Zaur Əliyev (50 kq) qazandırıb. 
 
Turnirin ikinci günündə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşəcək. 
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edir. 
 
Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyulda Bosniya və Hersoqovinada, Dünya çempionatı isə 4-10 sentyabrda Yunanıstanda baş tutacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31