25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Yığmamız Avstriyada 17 medal qazandı

Avstriyanın İnsbruk şəhərində keçirilən taekvando üzrə açıq birincilik başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, G1 kateqoriyalı “Austrian Open” beynəlxalq turnirində uğurlu çıxış edən Azərbaycanın gənc və yeniyetmə yığma komandaları 17 medal qazanıb. Bu medalların 11-ni gənc millimiz, 6-nı yeniyetmə idmançılarımız əldə ediblər.
 
Gənclərdən ibarət milli komandamızın üzvlərindən Məhəmməd Əlizadə (48 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Bəhruz Quluzadə (45 kq) və Mehriban Məmmədova (44 kq) həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurublar.
 
Xanoğlan Kərimov (48 kq), Mehdi Tağıyev (78 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qənbərli (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Zalikə Babayeva (49 kq), Nərmin Süleymanova (52 kq) və Diana Hacəliyeva (55 kq) yarımfinal mərhələsində məğlub olaraq bürünc medala layiq görülüblər.
 
Yeniyetmə millimizin heyətində Yaşar Məmmədli (45 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Riyad Şirəliyev (41 kq) və İlahə Quluzadə (59 kq) finaladək inamla irəliləsə də həlledici döyüşdə rəqib keçilməz olub. Digər taekvandoçulardan Nihad Əlizadə (33 kq), İsmayıl İsmayılov (41 kq) və Ofeliya Allahverdiyeva (41 kq) bürünc medalla kifayətləniblər.
 
Turnirdə ölkəmizi beynəlxalq dərəcəli hakimlərimiz Gündüz Abdullayev və Ramal Camalov təmsil edib. Milli komandalarımız iyunun 6-da Vətənə qayıdacaqlar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30