29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Cüdoçularımızdan Rumıniyada daha 3 medal

Rumıniyanın paytaxtı Buxarest şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub. 
 
Futbolxeber.az-ın məlumatına görə,  yarışın sonuncu günü Azərbaycan milli komandası üçün daha uğurlu olub. Belə ki, millimiz aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.
 
90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tural Səfquliyev Rumıniya, Böyük Britaniya və İtaliya cüdoçularına qalib gələrək finala çıxıb. Səfquliyev həlledici qarşılaşmada da inamla İsrail təmsilçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Fəqan Quluzadə (81 kq) və Uşanqi Kokauri (+100 kq) isə yalnız final qarşılaşmasında uduzaraq gümüş medala sahib olublar.
 
Xatırladaq ki, yarışın ilk günü Hüseyn Rəhimli (73 kq) gümüş medal qazanıb. Bununla da, 1 qızıl və 3 gümüş medal qazanan millimiz Avropa açıq çempionatını kişilər arasında birinci yerdə başa vurub.
 
Qeyd edək ki, 29 ölkədən 376 cüdoçunun (244 kişi, 132 qadın) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 15 cüdoçu (13 kişi, 2 qadın) ilə təmsil olunurdu.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31