20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Ukraynada "Synergy Baku"dan növbəti reytinq xalları

Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Horizon Park" yarışları silsiləsində yekun vurulub. 21 Pro-kontinental, kontinental və milli komandanın iştirak etdiyi 3 günlük yarış Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun reytinqimizə növbəti xallar əlavə etməsi ilə yadda qalıb.
 
Ukraynaya Elçin Əsədov, Samir Cəbrayılov, Elgün Əlizadə, Musa Mikayılzadə, Kənan Qəhrəmanlı və İsmayıl İlyasovdan ibarət heyətlə yollanan "Synergy Baku" ilk gündə 160 km-lik "Horizon Park Race for Peace" turunda mübarizə aparıb. Elçin Əsədovun finiş xəttini 7-ci keçməsi aktivimizə 5 reytinq xalı qazandırıb.
 
Mayın 27-də ümumi uzunluğu 116 km olan "Horizon Park Race Maidan" turu Elçin Əsədovun 9-cu olması və 3 reytinq xalının qazanılması ilə yadda qalıb. Yarışlar silsiləsinin son günü, mayın 28-də isə Samir Cəbrayılovun 96 km-dən ibarət "Horizon Park Classic"də 8-ci yeri tutması daha 3 xalla əlamətdar olub.
 
Qeyd edək ki, yığma üzvlərimizin yarışlarda qazandıqları xallar onların öz reytinqləri ilə yanaşı, milli komandamızın da aktivinə əlavə olunur. Hazırda Beynəlxalq Velosipedçilər İttifaqının 112 ölkənin yer aldığı reytinq sıralanmasında Azərbaycan 832 xalla 38-ci yerdədir. Siyahının ilk 5 pilləsində Belçika, Kolumbiya, İspaniya, İtaliya və Fransa yer alır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30