20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

28 May - Respublika Günü münasibətilə Naftalanda veloyürüş keçirilib

Naftalan şəhərində 28 May - Respublika Gününə həsr olunmuş veloyürüş təşkil olunub. Futbolxeber.az-ın məlumatına görə, yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Naftalan şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman İdarəsi, eləcə də qadınlardan ibarət "Ladies on Bikes" həvəskar velosiped klubunun birgə təşkilatçılığı ilə keçirilib.
 
Veloyürüşün açılış mərasimində çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov və AzVİF-in baş katibi Fərhad Əliyev bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd şəhərdə velosiped idman növünə gənclərin marağının artırılması və inkişaf etdirilməsidir. Natiq Aslanov veloyürüşün Naftalan şəhərində təşkil edilməsinə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
 
Müxtəlif yaş qruplarına aid olan 100-dən çox velosipedçinin qatıldığı yürüş Naftalan şəhəri Heydər Əliyev Meydanından başlayaraq şəhərin böyük bir hissəsini  əhatə edib. Veloyürüşdə fərqlənmiş idmançılara Naftalan şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının diplomları və hədiyyələri təqdim edilib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30