26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hazırlıq işləri intensiv davam edir

Ölkəmizdə Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də keçiriləcək Azərbaycan Qran-Prisi ilə əlaqədar hazırlıq işlərini intensiv davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, hazırda trekin ətrafında polad şəbəkələrlə ikinci qoruyucu hasarın quraşdırılması işləri görülür. 
 
Əməliyyat Şirkətindən AZƏRTAC-a bildiriblər ki, tikinti-quraşdırma işləri görülərkən şəhər sakinlərinin fasiləsiz hərəkətinin təmin olunmasına və ətrafdakı biznes-iaşə obyektlərinin işgüzar fəaliyyətinə maneçilik törədilməməsinə xüsusi diqqət göstərilir.
 
BŞH müvəqqəti narahatlığa görə şəhər sakinlərindən, o cümlədən trekətrafı ərazilərdə fəaliyyət göstərən sahibkarlardan üzr istəyir.
 
Əməliyyat Şirkəti ölkə ictimaiyyətinin nəzərinə çatdırır ki, ötən illə müqayisədə bu il Azərbaycanda keçiriləcək növbəti Formula-1 yarışına xaricdən daha çox maraq var və yarış ərəfəsində Bakıya minlərlə turistin gələcəyi gözlənilir. Təşkilatçılar Azərbaycan Qran-Prisini izləməyə gələcək Formula-1 azarkeşlərini böyük qonaqpərvərliklə qarşılamağa hazırlaşırlar. Xaricdən gələn minlərlə turist ölkə iqtisadiyyatının bir çox sahəsinə birbaşa töhfə verəcək.
 
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti möhtəşəm yarışa hazırlıq prosesində göstərdiyi anlayışa və dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30