20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

II Avropa Oyunlarının proqramı açıqlandı

2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının proqramına 16 idman növü salınıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, 2015-ci ildə Bakıda təşkil olunmuş ilk Oyunlarla müqayisədə əsas yer idmanın kraliçası sayılan atletikaya veriləcək. Bu dəfə aşağı divizion ölkələri deyil, yarışda yüksək səviyyəli atletlər çıxış edəcəklər.
 
II Avropa Oyunlarında qılıncoynatma, taekvondo, triatlon və su idman növləri üzrə yarışlar keçirilməyəcək. Beləliklə, Oyunların proqramında atletikadan əlavə, badminton, stritbol (basketbol 3X3), boks, güləş, stolüstü tennis, karate, kamandan oxatma, çimərlik voleybolu, velosiped idmanı, sambo, akademik, kayak və kanoe qayıqlarında avarçəkmə, atıcılıq və gimnastika yer alacaq. Proqrama ağırlıqqaldırmanın da salınacağı planlaşdırılırdı. Lakin son anda bu növ siyahıdan çıxarılıb. Gimnastika, güləş, habelə, olimpiadanın proqramına salınmayan stritbol, sambo və çimərlik futbolu istisna olmaqla, qalan növlər üzrə yarışlar Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
 
İdmançılar Tələbə Şəhərciyində yerləşdiriləcəklər. Oyunlar 21 - 30 iyunda keçiriləcək. Açılış və Bağlanış mərasimləri "Dinamo" stadionunda təşkil olunacaq. .
 
Avropa Olimpiya Komitəsi idmançı və rəsmi şəxslərin səfər xərclərini öz üzərinə götürəcək. Təşkilat Komitəsi isə Minskdə qalma xərclərini qarşılayacaq (cbcsport.tv).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30