20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Azərbaycan və Türkiyə Olimpiya Oyunlarına ev sahibliyi edə bilər"

Azərbaycan 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları üçün namizədliyini verə bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə  Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yekununa həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

“2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədlər arasında Azərbaycan yoxdur. 2028-ci il üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət edəcəyik. Bu sifariş 2020-ci ildə gerçəkləşəcək. Bu, Milli Olimpiya Komitəsinin prezidentinin qərarıdı. Müraciət edərkən bizim infrastrukturumuzun hansı səviyyədə olduğuna da baxmalıyıq. Məsələn, bizdə üzgüçülük hovuzu 6 min tamaşaçı tutumuna malikdi. Olimpiya Oyunları üçün isə bu rəqəmin 18 min olması zəruridir. Həmin vaxta qədər müəyyən dəyişikliklərin olması mümkündür” - deyə o bildirib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə deyib ki, bundan sonra bir olimpiadanı bir neçə ölkə keçirəcək: "Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, daha Olimpiya Oyunlarını bir yox, bir neçə şəhər keçirəcək. Ola bilsin ki, gələcəkdə Türkiyə və Azərbaycan olimpiadaya birgə ev sahibliyi etsin. Bəzi növlərə biz, bəzilərinə isə Türkiyə ev sahibliyi edə bilər" (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30