29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Hacı Əliyev: “Dövlət başçımızın gəlişi bizə əlavə güc verir”

“Qarşılaşmaların heç biri asan olmadı. Amma yarımfinal görüşüm daha çətin keçdi. Çünki iranlı rəqibim kifayət qədər güclü idi. Onunla daha əvvəl bir neçə dəfə qarşılaşmışdıq. Nə qədər çətin olsa da, qələbə qazanmaqla finala yüksəldim”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 61 kq çəki dərəcəsində çempion olan güləşçimiz Hacı Əliyev deyib.

Təcrübəli güləşçi finalda vaxtından əvvəl qələbə qazanmasına belə münasibət bildirib:  

“Finaldakı rəqibim də zəif deyil. Daha əvvəl onunla görüşməmişdim. Ona görə də ehtiyatlı başladım. Amma sonradan üstünlüyü tam ələ alaraq qələbə qazandım. Mötəbər yarışın qalibi olmaq sevindiricidir”.

Hacı Əliyevin final görüşünü canlı izləyən dövlət başçısı cənab İlham Əliyev mükafatlandırma mərasimində də iştirak edib. Güləşçimizə qızıl medalı ölkə prezidenti təqdim edib:

“Çox şadam ki, cənab prezidentimiz və ailə üzvləri final görüşümü canlı izlədilər. Sonradan qızıl medalı da mənə İlham Əliyev təqdim etdi. Dövlət başçımızın gəlişi bizə əlavə güc verir”.

Hacı Əliyev çempionluğa görə alacağı mükafatın bir hissəsini xeyriyyə məqsədi ilə sərf edəcəyini bildirib:

“Təbii ki, hər zaman aldığımız mükafatların müəyyən hissəsini xeyriyyə məqsədi ilə sərf etmişik. Bu dəfə də istisna olmayacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31