18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

İslamiada: 3 güləşçimiz finalda

Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Futbolxeber.az-ın məlumatına görə, yarışların dördüncü günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparır.
 
İlk görüşlərdən sonra idmançılarımızdan Hacı Əliyev (61 kq), Murtuzəli Müslümov (70 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) həlledici finala çıxıb.
 
Yarımfinalda uduzan dünya çempionu (86 kq) Şərif Şərifov isə  bürünc medal uğrunda mübarizə aparacaq.
 
Qeyd edək ki, final görüşləri saat 18:00-da başlayacaq.
 
Xatırladaq ki, güləş yarışlarının üçüncü günündə yığmamızın üzvlərindən Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Məhəmməd Müslümov (65 kq) isə gümüş medal qazanıb. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30